“Araz İqtisadi Zonasında fəaliyyətlə bağlı Türkiyə şirkətlərindən də müraciətlər var”.
Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, Araz İqtisadi Zonasının yaradılması istiqamətində çox ciddi işlər həyata keçirilir:
“Təbii ki, biz beynəlxalq əməkdaşlığa hazırıq”.
Nazir müavini bildirib ki, Cəbrayılda ilk rezident qeydiyyata alınıb:
“Texniki servis mərkəzinin təməli qoyulub, yaxın zamanlarda fəaliyyətə başlayacaq”.
İlhamə Əbülfət