Hər il məşğulluq bazarına 100 min gənc daxil olur və onların işlə təmin olunması mühüm problem kimi bir neçə dövlət qurumunun birlikdə işləməsini vacib edir.
Oxu.Az xəbər verir ki, “Gənclərin məşğulluğu” mövzusunda keçirilən konfransda bir neçə nazirlik və beynəlxalq təşkilatlar qatılıb.
Konfransı açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə görə, dünyada ən zəngin şirkətlərin təsisçiləri arasında gəncləri də görmək olar.
Xüsusən, yüksək texnologiyaya əsaslanan şirkətlərin yaranmasında, müasir peşələrin aparılmasında onların xüsusi rolu var. Bunu nəzərə alan ASK işəgötürənlər üçün böyük əhəmiyyət daşıyan savadlı kadr potensialı ilə bağlı məsələlərin gündəmdə olmasına çalışır.
İlhamə Abdullayeva