2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoruna əsas kapitala yönəldilmiş investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2 faiz artıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə ölkəmizin #qeyrineft-qaz sektorunda əsas kapitala yönəlmiş #investisiya-lar 2022-ci ilin həmin dövrü ilə müqayisədə 23,2% artıb.#EconomyAz pic.twitter.com/wNwnPvPnJI
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 25, 2023