“Yüksəliş” müsabiqəsinin qalibi iqtisadiyyat nazirinin yanında təcrübə keçəcək.
Oxu.Az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi sosial media hesabında məlumat verilib.
Bildirilib ki, qalib Ziya Mürsəlzadə Mikayıl Cabbarovla bir il müddətində mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.