Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyi Lənkəran, Şəki və Quba rayonlarının sahibkarları ilə görüşüb.
Bu barədə Oxu.Az-a ƏƏSMN-dən məlumat verilib.
Nazirliyin məlumatına görə, sahibkarlarla görüşdə bildirilib ki, işəgötürənlər iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsini, istehsal qurğularının, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət olunmasını təmin etməlidirlər. Bu tələblərə əməl olunmamasına, işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə qanunvericilik aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.
Qeyd olunub ki, işəgötürənlər hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlər üçün lazımi maliyyə vəsaiti və material ayırmalıdırlar.
Görüşlərdə işçilər üçün yaradılmış əmək şəraitinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinə baxış olub.
Ülviyyə R.Əli
www.oxu.az