Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) yanvar ayında ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 492 fakt aşkarlayıb.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% azdır. Qeyd edək ki, belə hallara əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilib.
Xatırladaq ki, aidiyyatı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 50,6%-i (85 796 manat) dövlət büdcəsinə ödənilib ki, həmin məbləğ 2014-cü ilin yanvar ayına dair müvafiq göstərici ilə müqayisədə 44,9% çoxdur.
www.oxu.az