Müğənnilərimiz "The Big Apple Music Awards 2015" mükafatının nominantlarıdır.
Oxu.Az xəbər verir ki, Azərbaycanın xalq artistləri Aygün Kazımova, Brilyant Dadaşova, bəstəkar-müğənni Emin,müğənni Dilarə Kazımova "The Big Apple Music Awards 2015" mükafatının nominantları siyahısındadırlar.
Bu mükafatın nominantları arasında Xulyo və Enrike İqlesias, Qriqiri Leps, Timati, Keti Topuriya, Tarkan, Sexion d’Assault, Araş, Devid Qetta, Kristofer Maye, Qipsi Kinqs, Sakis Ruvas, M. Pokora, Floran Pani, Andrea Boççelli kimi dünya məşhurlarının adları var.
“The Big Apple Music Awards 2015” musiqi mükafatının təqdimat mərasimi 25 iyulda Almaniyada keçiriləcək.
Aytən Sadıqzadə