Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta məsələləri ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılması üçün komissiya yaradılıb.
Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.
Qurumun məlumatına görə, sığorta məsələləri ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə, o cümlədən təklif, ərizə və şikayətlərə baxılması üzrə işlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə qurumun əmri ilə yaradılmış komissiya tərəfindən hər həftənin çərşənbə günü (3-cü günü) saat 15:00-dan 17:00-dək xidmətin yerləşdiyi Bakı şəhəri, Səməd Vurğun küçəsi 135 ünvanında vətəndaşların müraciətlərinə baxılacaq.
Qeyd edək ki, komissiya aprelin 6-da yaradılıb.