Dünya bazarında neftin qiyməti 30 dollardan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu gün saat 13:00-a olan məlumata görə, ABŞ-ın WTI markalı xam neftinin qiyməti 29,60 dollar/barelə düşüb.London birjasında satışa çıxarılan “Brent” markalı xam neft isə 29,74 dollar/barelə qədər ucuzlaşıb.
Qeyd edək ki, WTI markalı xam neft sonuncu dəfə 2003-cü ilin dekabrında 29,66 dollar/barelə satılıb. “Brent” markalı xam neft isə 2004-cü ilin fevralında 28,44 dollar/barelə satılıb.
09:03
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,23 dollar və ya 0,74% ucuzlaşaraq 30,65 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 15-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,49 dollar və ya 1,57% azalaraq 30,71 dollar təşkil edib.