Kolomnada yaşayan Azərbaycan vətəndaşı 100 rubl müqabilində (1300 dollar) cinayət məsuliyyətindən yaxa qurtarmağa cəhd edib, Mıtişada onun kontrafak alkoqolun olduğu iki konteyneri saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya DİN-in Podmoskovye idarəsinin mətbuat xidməti məlumat yayıb.
Ümumi dəyəri 6 milyon rubldan (78 min dollar) ibarət 20 mindən artıq kontrafak araq şüşəsinin olduğu anbarı əməliyyatçılar dekabrın 28-də aşkar ediblər.
Bu il 54 yaşlı kişi “uşaqların xahişi ilə” müstəntiqlərdən birinə yol taparaq ondan mükafat müqabilində adının qaldırılmış cinayət işindən çıxarılmasını təklif edib. 100 min rublu verərkən araq konteynerlərinin sahibi olduğu ehtimal edilən şəxs saxlanılıb.
Əvvəllər məhkum olunmayan Azərbaycan vətəndaşına istintaqdan yaxa qurtarmaq üçün rüşvət təklif etdiyi üçün səkkiz il azadlıqdan məhrumetmə və 3 milyon rubl cərimə cəzası tətbiq edilə bilər.