Oktyabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,53 dollar və ya 0,5% artaraq 1 barelə görə 103,84 dollar təşkil edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir, oktyabrın 4-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,46 dollar və ya 0,4% artaraq 109,46 dollar olub.