Martın 17-də hərracların gedişinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 40,65 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 39,09 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 39,17 və 36,90 dollar təşkil etmişdi.
Analtiklər isə bildirir ki, neftin qiyməti ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini dəyişmədikdən sonra sürətlə artmağa başlayıb.
Ülviyyə R. Əli
www.oxu.az