“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2592 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2457-2449 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılmışdır.
Gülnarə Zeynalova
www.oxu.az