“Neft Daşları” yatağındakı 2150 nömrəli platformada qazma işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Xatırladaq ki, qazılan quyunun layihə dərinliyi 1700 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.