Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Bu barədə Dövlət Neft Fondundan (SOFAZ) Oxu.Az-a bildirilib.
“SOFAZ tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 23 banka satılıb”, - deyə Fondun açıqlamasında qeyd edilib.
Fonddan bildirilib ki, il ərzində Neft Fondu tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az