Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu barədə SOFAZ-dan Oxu.Az-a bildirilib.
“Bu vəsaitdən 4,9 milyon ABŞ dolları məbləğində vəsait 5 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb”, - deyə Fonddan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az