Bu gün Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən hər biri 100 mln. ABŞ dolları olmaqla, ümumilikdə 200 mln. dollar məbləğində növbəti valyuta hərracı keçirilib.
Fonddan Oxu.Az-a verilən məlumata görə, bu vəsait 29 banka satılıb.
Neft Fondu bildirir ki, il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.
12:39
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçiriləcək.
Oxu.Az xəbər verir ki, satışa Dövlət Neft Fondunun 200 mln. ABŞ dolları məbləğində vəsaiti çıxarılacağı gözlənilir.
Son keçirilən hərracda təlabatın artması ilə əlaqədar olaraq, bu gün satışa çıxarılan məbləğ 4 dəfə artırılacaq. Bu, Azərbaycan Mərkəzi Bankının dolların məzənnəsinin aşağı salmaq istəməsi ilə əsaslandırılır.