Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin mayın 1-ə əldə edilən gəlirlərini açıqlayıb.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
Hesabat dövründə AÇQ yataqları üzrə Fond 1 493 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 45 mln. ABŞ dolları həcmində gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.05.2016-cı il tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118,502 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,488 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.
Ülviyyə R. Əli
www.oxu.az