Abşeron rayonunda oğrular tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, mayın 1-də rayon sakini Nazim Muxtarova məxsus evdən 46000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Bununla bağlı əməliyyat-axtarış tədbirləri keçrilib. Nəticədə 46000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri Bəxtiyar Cəbrayılov və İbrahim Cəbrayılov tutulublar.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az