Sayğac göstəriciləri əsasında cari ilin doqquz ayı ərzində 25,43 mln. ton xam neft ixrac olunub.
O cümlədən, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 20,76 mln. ton, Supsa boru kəməri ilə 3,19 mln. ton, Şimal boru kəməri ilə 0,76 mln. ton və dəmiryol nəqliyyatı ilə 0,72 mln.ton. neft ixrac olunub.
Oxu.Az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2014-cü ilin yanvar-sentyabr ayları üzrə hesabatında deyilir.
DGK-nın məlumatına görə, sayğac göstəriciləri əsasında cari ilin yanvar-avqust aylarında qaz-kondensatı (BTC boru kəməri ilə) – 1,64 mln.ton, təbii qaz – 6 188 mln. kubmetr, elektrik enerjisi – 259 359,1 min kVt/s ixrac olunub.
Hesabatda həmçinin gömrük bəyannamələri üzrə xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixracı üzrə məlumat verilib.
Belə ki, xam neft – 18,23 mln. ton (14,81 mlrd. ABŞ dolları), neft məhsulları – 1,46 mln.ton (1 034,0 mln.ABŞ dolları), təbii qaz – 1 409 960,61 min. kubmetr (237,5 mln. ABŞ dolları) və elektrik enerjisi – 407,45 mln. kVt/s (19,88 mln. ABŞ dolları) ixrac olunub.
Bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə göstərir ki, xam neftin – 3,4%-ə, təbii qazın - 40,4%-ə və elektrik enerjisinin – 20,2%-ə ixracı azalıb, neft məhsullarının isə – 22,4%-ə artıb.
Gülnarə Zeynalova
www.oxu.az