Bu gün Azərbaycanda beş rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Füzuli, saat 11:00-dan 15:00-dək Səbail, saat 11:00-dan 16:00-dək Sabunçu, saat 11:00-dan 17:00-dək Şamaxı, saat 16:00-dan 18:00-dək Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.