İri neft şirkətləri 200 milyardlıq layihələri neftin qiymətinin düşməsi ilə əlaqədar dondurublar.
Oxu.Az xəbər verir ki, bu barədə Wood Mackenzie konsaltinq şirkətinin tədqiqatında bildirilib, “Financial Times” yazıb.
Onların məlumatına müvafiq olaraq, yeni layihələri donduran şirkətlər arasında Britaniyanın BP, ingilis-holland şirkəti Royal Dutch Shell, bazası ABŞ-da yerləşən Chevron, Norveçin Statoil və Avstraliyanın Woodside Petroleum şirkətləri var.
Layihələrin əksəriyyəti dərinlikdə, o cümlədən də Meksika körfəzində, Afrikanın qərb sahillərində neft hasilatı ilə əlaqədardır. Belə şəraitdə xammalın əldə edilməsinə texniki tələblər və böhran, bu layihələrin bahalaşmasına gətirib çıxarıb. Dərin su buruq qurğularının işi gündəlik olaraq yüz min dollardır, “FT” qeyd edib.
Ekspertlərin fikrincə, şirkətlər bu şəkildə investorların dividentlərini müdafiə etməyə ümid edirlər. Nəşr qeyd edir ki, neftin qiymətinin ucuzlaşması mis, qızıl və digər xammal bazarının enməsi ilə müşayiət edilir. Yalnız Bloomberg-in proqnozu xammal indeksinin altı illik minimuma enməsinə təkan verir və bütün bunlar Çinin iqtisadiyyatının zəif inkişafı və bütün sahələrdə tədarükün artması fonunda baş verir.
Neftin qiymətinin enməsi keçən yaydan 20 milyard barr neft ekvivalent ehtiyatı həcmində olan 46 iri neft və qaz layihəsinin ləngiməsinə gətirib çıxarıb – nəşrin yazdığına görə, bu, Meksikanın sübut olunmuş ümumi ehtiyatlarından çoxdur.
İyulun 23-də Bloomberg agentliyi Morgan Stanley analitiklərinin proqnozuna istinadən xəbər verib ki, dünya neft bazarında mövcud vəziyyətin inkişafı son 30 il ərzində neftin qiymətinin ən güclü ucuzlaşmasına gətirib çıxara bilər.