Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 38,90 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 37,83 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 39,40 və 38,63 dollar təşkil etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az