Ötən həftə Brent markalı neftin qiyməti 58 dollara qədər ucuzlaşandan sonra bu həftəyə bahalaşma ilə başladı.
Oxu.Az xəbər verir ki, Bakı vaxtilə saat 11:00-a olan məlumata görə, Brent nefti 2,2% bahalaşaraq 60,11 dollar, ABŞ xam nefti isə 1,3% bahalaşaraq 51,14 dollar olub.
Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanının rekord xam neft hasilatı və ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınması barədə çağırışları fonunda neft nəzərəçarpacaq dərəcədə ucuzlaşdı.