Bu gün hərracların nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 41,25 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 39,23 dollar təşkil edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 40,08 və 38,08 dollar təşkil etmişdi.
09:00
Bu gün Bakı vaxtı ilə 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 40,08 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 38,08 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 40,11 və 38,11 dollar təşkil etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az