Noyabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,77 dollar və ya 1,8% azalaraq 1 barelə görə 94,61 dollar təşkil edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, noyabrın 1-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,93 dollar və ya 2,7% azalaraq 105,91 dollar olub.