Dünən xalq artisti Zülfiyyə Xanbabayevanın ailəsində ağır itki baş verib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin anası Şəfiqə xanım rəhmətə gedib.
Həmçinin qeyd edək ki, dünən “JW Marriott Absheron”da sənətçinin bacısı qızı Esmira xanım və Gündüz bəyin toyu keçirilib.
Artıq bütün hazırlıqlar görüldüyü və qonaqlar dəvət edildiyi üçün toyu təxirə salmaq mümkün olmayıb. Buna baxmayaraq Zülfiyyə Xanbabayeva və gəlinin anası mərasimdə iştirak etməyib.
Allah rəhmət eləsin!