Cümə axşamı, noyabrın 12-də Brent markalı neftin qiyməti avqustdan bəri ilk dəfə olaraq, bir barelə görə 45 dollardan aşağı düşüb.
Oxu.Az-ın məlumatına görə, Londonun İCE birjasının məlumatları bunu söyləməyə əsas verir.
Cümə axşamı günün maksimal qiyməti 46,15 dollar həddində olub.
Neft kotirovkaları ABŞ-da artmaqda olan kommersiya ehtiyatları barədə məlumatların yayılmasından sonra ucuzlaşır.
ABŞ Neft İnstitutunun (APİ) məlumatına görə, son həftə ehtiyatlar 6,3 mln. barel artıb.