Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində həm erməni, həm də Azərbaycan həmkarları ilə sıx əlaqə saxlayır.
Bizim Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə mövqeyimiz dəyişməz olaraq qalır.
Oxu.Az xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında, XİN rəhbəri Sergey Lavrovun İrəvana səfərinin yekunları barədə sualı şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya dəfələrlə münaqişə üzrə öz mövqeyini təsdiqləyib:
“Ümid edirəm ki, tutduğumuz mövqe erməni tərəfini sakitləşdirəcək”.