Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Neftin qiyməti yaxın iki ildə 70 dollardan yuxarı olacaq - Asiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı (AİB) "Brent" markalı xam neftin 2025-ci ildə ortalama qiymətini bir barel üzrə 74 ABŞ dolları, 2026-cı ildə isə 71 dollar proqnozlaşdırıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu barədə bankın hesabatında bildirilib. Bununla belə AİB hesab edir ki, neft qiymətləri azalmaqda davam edəcək: "Neft qiymətlərinin qlobal tələbin zəifləməsi və geniş təklif səbəbindən azalacağı gözlənilir. Ticarət mübahisələrinin artması, qlobal tələbi zəiflədə biləcək, eləcə də ABŞ-nin xam neft ehtiyatlarının artması neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yaradıb".
AİB qeyd edib ki, elektrikli nəqliyyat vasitələrinin istifadəsinin getdikcə genişlənməsi və bərpa olunan enerji mənbələrinə keçidin davam etməsi neft tələbinin azalacağına işarə edir.
"Qlobal neft təklifinin 2025-ci ildə gündə 1.8 milyon barel və 2026-cı ildə gündə 1.5 milyon barel artması proqnozlaşdırılır. Bu artım OPEC+, ABŞ, Kanada, Braziliya və Qayana tərəfindən istehsalın artırılması ilə bağlıdır", - deyə AİB-in məlumatınd deyilir.
"Asiya İnkişaf Bankı (AİB)" teqi üzrə xəbərlər
- Dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsinin icrasına başlanıb
- Yaşıl Gələcək Naminə: Ramil Abbasovun İctimai Siyasət və Maliyyə Sahəsində Yolu
- Asiya İnkişaf Bankı 2026-cı ilə qədər Azərbaycanın büdcə kəsirinin azalmasını proqnozlaşdırır
- Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb
- Üç ölkə AİB və AİİB ilə "Xəzər Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq edəcək