Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mariya Zaxarova: "ABŞ və Çin arasında "tarif müharibəsi" narahatlıq doğurur"
"Rusiya ABŞ və Çin arasında "tarif müharibəsi"nin mümkün nəticələrindən narahatdır".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova brifinqdə bildirib.
"ABŞ və Çin arasında baş verən, necə deyərlər, "tarif müharibəsi" ilə əlaqədar qeyd etmək istərdik ki, dünyanın iki əsas iqtisadiyyatı arasında baş verən vəziyyət ciddi narahatlıq doğurur. Onlardan biri bizim çoxillik ən böyük xarici ticarət tərəfdaşımızdır", - deyə Rusiya XİN sözçüsü bildirib.
O, Moskvanın hadisələrin inkişafını diqqətlə izlədiyini vurğulayıb.
"Mümkün nəticələri hərtərəfli təhlil edəcəyik və əlbəttə ki, ölkəmiz üçün potensial zərərin minimuma endirilməsi üçün tədbirlər görəcəyik", - deyə Zaxarova bəyan edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib"
- Zaxarova Avropa dövlətlərinin rəhbərlərini narkomaniyada ittiham etdi
- Zaxarova Simonyanın ittihamlarına cavab verdi
- Zaxarova: "Aİ Cənubi Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxır"
- Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"