Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,44% bahalaşaraq bir barelə görə 43,29 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,73% artaraq 41,13 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-da benzin ehtiyatları aprel ayından bu yana ən aşağı səviyyəyə düşüb. Bununla da, Brent markalı neftin qiyməti 41 dollardan 43 dollara qədər bahalaşıb.
Melbourne İG Ltd.-nın bazar araşdırmaçısı Evan Lucas: “Qərbi Texas neftinin (WTI) qiyməti çox güman ki, 45 dollara qədər yüksələcək. ABŞ-dan gələn tələb olduqca yaxşıdır. Əgər qiymətlərdə dalğalanma olarsa bu makro risklər və geosiyası səbəblərdən dolayı olacaq”, o deyib.
Ülviyyə R. Əli
www.oxu.az