Azərbaycanın Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ”Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin müfəttişləri paytaxt Bakıda genişmiqyaslı reydlərə start verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, reydlər avtobusların dayanacaqlardan kənar yerlərdə saxlanmasının qarşısının alınması, həmçinin taksilərin dayanacaqları zəbt etməsinin aradan qaldırılması məqsədilə, qanunsuz sərnişin daşıyan taksi və avtobus, kateqoriyasız sürücülük vəsiqəsi olan sürücülərə qarşı keçirilir.