Azərbaycan prezidenti yanında fəaliyyət göstərən, Vətəndaş və Sosial İnnovasiyalar xidməti, dünən qəbul edilmiş “ASAN xidmət” mərkəzlərində göstərilən xidmət və elektron xidmət imkanlarının genişləndirilməsi barədə və 2012-ci il 5 sentyabr tarixli №706 saylı sərəncamın dəyişikliklərinə görə agentliyin fəaliyyətinin təmin edilməsi barədə prezident sərəncamını yerinə yetirməyə hazırdır.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov verib.
Onun sözlərinə görə 22 fevral tarixindən paralel şəkildə “ASAN xidmət” mərkəzlərində arayışların, texniki pasportların və mənzil və fərdi evlərə mülkiyyət hüququnun qeydiyyatı mümkün olacaq.
“Hal-hazırda biz Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və “ASAN xidmət” mərkəzləri şəbəkəsi ilə paralel işləməsi üçün bütün texniki məsələləri həll etmişik” – deyə K.Həsənov bildirib.
Onun sözlərinə görə bu addım gələcəkdə Dövlət Komitəsinin onlayn xidmətləri üçün zəmin yaradır.