16 aprel 2015-ci il tarixində Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ADA Universitetində “Yol hərəkətinin təşkili və təhlükəsizliyi” mövzusunda maarifləndirici seminar keçirib.
Oxu.Az xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd tələbələri yol hərəkəti və təhlükəsizlik qaydaları, yol nişanları, yol mədəniyyəti haqda məlumatlandırmaq idi.
Həmçinin, tələbələrə İntellektual Nəqliyyat Sistemi və NİİM-in gördüyü işlər haqqında da ətraflı məlumat verildi.
Mərkəzin əməkdaşları həmçinin tələbələrə NİİM-in Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığı barədə danışdılar.
Daha sonra NİİM mütəxəssisləri tələbələrin suallarını cavablandırdılar.
Qeyd edək ki, Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi seçilib. NİİM-də artıq oyunların keçirilməsi zamanı nəqliyyat məsələlərini tənzimləyəcək tədbirlər planı hazırlanıb.