Azərbaycanda yolların təmiri qrafik və plana uyğun aparılır.
Oxu.Az Day.az-a istinadən bildirir ki, bu haqda Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev danışıb.
Onun sözlərinə görə yolların işarələnməsi zamanı hava şəraiti, yollarda hərəkətin intensivliyi nəzərə alınır.
O qeyd edib ki, məsələn, aeroport yolunda hərəkət intensivliyini nəzərə alsaq orda gecə saatlarında təmir işləri aparmaq qəzalara birbaşa səbəb ola bilər. Gündüz aparılan təmir işləri zamanı iki zolaqda hərəkət məhdudlaşır, belə ki, bu yol Bakıya girişdir.
Eləcə də P.Mürsəliyevin sözlərinə görə təmir işlərinin gündüz və ya gecə saatlarında aparılması yalnız sürücülərin deyil, eləcə də təmirçilərin təhlükəsizliyi ilə əlaqədardır. O qeyd edib ki, hava şəraiti yolun işarələnməsinə təsir edir, belə ki, gecə saatlarında soyuq havada işarələr gec quruyur.
“Azəryolservis”-in nümayəndəsinin sözlərinə görə bütün işlər plan və qrafikə müvafiq olaraq aparılır (Trend).