Böyükşor yol qovşağından Ziya Bünyadov prospektinə girişin təmir işləri ilə əlaqədar bağlı olması səbəbindən Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC tərəfindən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, qeyd olunan ərazidə işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə (2 gün ərzində) yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.
Sürücülərə bu istiqamətdə mümkün qədər az hərəkət etmələri və alternativ olaraq Babək və Nobel prospektlərindən istfadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Xutor dairəsindən Böyükşor qovşağına qədər olan 9,2 km-lik yol 10-12 zolaqdan ibarətdir.
E.Ə.