Bir müddət təmirdə olan paytaxtın Ziya Bünyadov prospektinin istifadəyə verilməsindən sonra Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin yükü azalıb.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nümayəndəsi Rauf Mirqulamov 107.7 “AvtoFM” radiosunun efirində yayımlanan “Dispetçer” verilişində bildirib.
NİİM nümayəndəsinin sözlərinə görə, Bakı şəhərində yeni salınan yollar sürücülərin daha çox istifadə etdiyi yollarda nəqliyyat vasitələrinin axınını azaldıb:
“Əsasən günün pik saatlarında “Koroğlu” metrostansiyasının yanından Heydər Əliyev prospektinə, şəhər istiqamətinə avtomobillərin böyük axını müşahidə olunurdu. Lakin bu yaxınlarda Ziya Bünyadov prospektinin sürücülərin tam istifadəsinə verilməsindən sonra Heydər Əliyev prospektində olan nəqliyyat vasitələrinin yükü demək olar ki, 50% azalıb”.

Elvin Əhmədov
www.oxu.az