Dünən bütün dünya mətbuatının əsas mövzusu Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücum oldu.
Bildirilirdi ki, terror aktı nəticəsində 12 redaksiya əməkdaşı öldürülüb, 20-si yaralanıb.
Qeyd edək ki, bu jurnal dəfələrlə Məhəmməd peyğəmbərin karikaturasını dərc etməklə məşhurlaşıb və bütün dünyada müsəlmanların qəzəbinə səbəb olub.
Lakin artıq əslində heç bir terror aktının baş vermədiyini, olanların sadəcə bir tamaşa olduğunu iddia edənlər də tapılıb.
Öz növbəmizdə biz, rusiyalı bloggerlərdən birinin məsələ ilə bağlı təhlilini oxucularımıza təqdim edirik: (http://frallik.livejournal.com/904117.html)
Lakin qeyd etmək istəyirik ki, Oxu.Az-ın redaksiyası bloggerin versiyasını nə təsdiq nə də təkzib edir.
“Ollandın (Fransa prezidenti – red.) terror aktının baş verdiyi yerə cəmi 10 dəqiqə sonra gəlməsi artıq inamsızlığın əsasını qoydu. Axşam xəbərlərində xüsusilə vurğulayıblar ki, Olland hadisə yerinə “terror aktından” bir neçə sonra gəlib, bu arada isə “zərərçəkmişlərin” olduğu xərəkləri daşıyırlar. 2015-ci il yanvarın 8-də, səhər saat 05:26 radələrində “Rossiya 24” telekanalında bəyan ediblər ki, “Olland hadisə yerinə yarım saat sonra gəlib”.

Təhlükəsizlik protokolu dövlətin birinci simalarının mümkün minalanma yerinə gəlməyinə icazə vermir. Biz nə itləri gördük, nə də ki, minatəmizləmə xidmətinin əməkdaşlarını.
Polisin öldürülməsi tamaşadır:

- yerə uzanan polisin üzərində əvvəl aldığı yaraların izi yoxdur, o nədir, sürüşüb?
- atəş boşuna açılır
- başa atəş açdıqdan sonra asfaltda yerdə nə qalır? Axı bu Kalaşnikov avtomatından 40 sm məsafədən açılan atəş idi
32 yaralı olsa da, hadisə yerinə 2 təcili yardım maşını gəlib və başında 2 rəqəmi yazılmış bir şəxsin olduğu xərək daşıyırlar... Onu niyə soyundurublar? Bədənində heç bir yara izi yoxdur.

Geri çəkilmə anı. “Şahidlərin” sözlərinə görə, insanları adbaad çağırıb öldürüblər. Buna ən azı 20 dəqiqə vaxt sərf olunmalı idi. Hücum edənlər terror aktı haqqında məlumatın daxil olmasından 30 saniyə sonra bağlanmalı olan küçələrdən maşınla necə keçdilər? Görünür hadisə yerinə gələn prezidentin korteji hadisə yerindən qaçan artistlərlə qarşılaşıb...
“Hücum edənlər təsadüfən yoldan keçən bir şəxsə Əl-Qaidədən olduqlarını deyiblər”. Necə də çoxdanışan terrorçulardır.
Hadisə saat 11:00-dan 11:15-dək baş verib. Mətbuatda bu barədə saat 14:09-da yazıblar.
1) Qətl baş verən zaman küçədə insan yoxdur, ümumiyyətlə heç kim görünmür. Lakin görünən polis mühasirəsi də yoxdur. Hər şey çəkiliş meydançasında, “motor” komandası altında baş verir.
2) “şahidlərin” polisin vurulmasını əks etdirən video montaj əlamətlərini daşıyır
3) Paris sakinlərinin ya mobil telefonları yoxdur, ya da ondan necə istifadə etməyi bilmirlər
4) ümumilikdə xərəklə aparılmalı olan 32 nəfər var

Üç müxtəlif zərərçəkmiş və onları eyni komanda daşıyır? Artistlərə qənaət edirlər?
5) terrorçular redaksiyanın içində, binada olublar?
