NIKOIL | Bank-dan plastik kart sahiblərinə növbəti şad xəbər!
Bu gündən etibarən plastik kartla nağdsız pul dövriyyəsi zamanı müştəri NIKOIL | Bank tərəfindən “Bakcell” danışıq dəqiqələri əldə edəcək.
Belə ki, ay ərzində kart üzrə dövriyyə 300-500 ş.v. məbləğində olduqda 10 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 501-700 ş.v. məbləğində olduqda 20 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 701-1000 ş.v. məbləğində olduqda 30 dəqiqə və ay ərzində kart üzrə dövriyyə 1001 ş.v. məbləğindən artıq olduqda “Bakcell” mobil operatorundan 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək.
Bildirmək istərdik ki, NIKOIL | Bank-da “Visa Electron”, “Visa Classic”, “Visa Gold” və “Visa Platinum”, həmçinin, “Master Card Maestro”, “Master Card Standart” və “Master Card Gold” kimi plastik kart növlərini əldə etmək mümkündür.
Siz banka yaxınlaşmadan NIKOIL | Bank-ın http://nikoil.az/az/ordercard/ səhifəsindən plastik kart sifariş edə bilərsiniz.
NIKOIL | Bank-da mövcud olan plastik kart növləri ilə http://nikoil.az/az/cards/ səhifəsinə daxil olaraq tanış ola bilərsiniz.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır.
Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.
NIKOIL | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil