“NİKOİL” İKB ASC (ünvan: Bakı şəhəri, Puşkin küçəsi 30) bildirir ki, 30 iyun 2017-ci il tarixdə saat 10:00-da Monako Krallığının Monnte Karlo şəhərində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi;
2. Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnamənin təsdiq edilməsi;
3. Mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi;
4. Yığıncağın gündəliyində duran digər məsələlər.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etməyiniz xahiş olunur.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.
U.A.