Rosaviasiya aviadaşıyıcıların beynəlxalq daşınmaları yerinə yetirməyə buraxılması üzrə idarələrarası komissiyanın protokolunu yayıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, “Anqara” aviaşirkəti Novosibirskdən 4 marşrut üzrə müntəzəm sərnişin reysləri həyata keçirməyə icazə alıb.
Onların arasında Azərbaycana reyslər də var: Bakı (hazırda Novosibirskdən bu istiqamətdə S7 şirkəti uçuşlar həyata keçirir), Gəncə və Lənkəran.
Uçuşlar həftədə 2 dəfə olmaqla, “An-148-100E” təyyarəsində həyata keçirilir.
E.Ə.
www.oxu.az