“Anqara” aviaşirkəti mütəmadi olaraq Novosibirskdən Lənkərana reyslər həyata keçirməyə başlayır. Novosibirsk və geriyə uçuş biletinin qiyməti 28 min rubldur (588 man).
Oxu.Az “Tolmaçevo” aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyun ayının 14-dən “Anqara” “Novosibirsk-Lənkəran (Azərbaycan)-Novosibirsk” marşrutu üzrə 905/906 saylı müntəzəm reysi başlayır.
“Şəhər ölkənin əsrarəngiz guşəsində yerləşir, burada həm təbii, həm də tarixi məkanlar yerləşir”, - “Tolmaçevo”nun mətbuat xidmətindən bildirilib.
Novosibirskdən Lənkərana uçuşlar bazar günləri olacaq. Uçuş vaxtı Novosibirskdən 06:45-də Lənkərana eniş isə 11:00-a (yerli vaxtla) təyin edilib. Geriyə reys 12:00-da, eniş 17:40-da olacaq. 75 sərnişinlik marşrut An-148 tərəfindən xidmət göstəriləcək.