Cari ilin II rübündə 2016-cı ilin I rübü ilə müqayisədə mənzil bazarında qiymətlər 0,9%, o cümlədən təkrar mənzil bazarında 0,9% ucuzlaşıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında isə 0,4% bahalaşıb.
İyunda istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,5% ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 10,5% bahalaşıb.
Ülviyyə R. Əli
www.oxu.az