Azərbaycanın mənzil tikintisi sektorunda ilkə imza atılıb. Belə ki, “Melissa Park” yaşayış kompleksinin binalarından birinin tikintisi başa çatdırılıb və mənzillər tam təmirli şəkildə sahiblərinə təqdim edilib. Mənzil sahibləri yaşamağa başlamamışdan əvvəl Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (kupça) və texniki pasport ilə təmin edilirlər.
12 iyul 2016-cı il tarixində əlamətdar hadisə münasibətilə “Hilton” otelində mətbuat konfransı keçirildi.
ƏRAZİNİN 70%-İ YAŞILLIQ ÜÇÜN NƏZƏRDƏ TUTULUB
Mətbuat konfransında “Melissa Group”un baş direktoru Xəzər Məmmədov bildirdi ki, rəhbərlik etdiyi şirkət 20 ildir yaşayış binalarının tikintisi ilə məşğul olur. “Melissa Park” yaşayış kompleksi layihəsi şirkətin indiyədək həyata keçirdiyi ən böyük layihədir. Yaşayış kompleksi 22 binadan ibarət olacaq.
“BAKIDA BİR İLKƏ İMZA ATIRIQ”
Xəzər Məmmədov qeyd etdi ki, “Melissa Group” bütün işləri vaxtında həll etdiyi üçün sakinlərə açarları ilə bərabər, çıxarış və texniki pasportu təqdim edə bilir:
“Bu ilin iyul ayında şirkətimizin 20 illik fəaliyyəti ərzində həyata keçirdiyi ən böyük layihəsi olan “Melissa Park” kompleksinin 256 mənzildən ibarət olan iki girişli birinci binasını təhvil verdik. Biz Bakı şəhərində ilk olan bir şeyi edirik. İnsanlar binaya köçərkən çıxarış və texniki pasport ilə təmin olunurlar”.
Evi geri qaytarmaq istəyənlər pullarını tam alacaqlar
“Melissa Group”dan ev almağın digər üstünlüyü odur ki, burada evin pulunu ödəyə bilməyənlərin pulu batmır. X.Məmmədov bildirib ki, yaranan maddi çətinlik üzündən ipoteka kreditini ödəyə bilməyərək evi geri qaytarmaq istəyən müştərilərə də şərait yaradılıb. Belə ki, geri qaytarılan mənzil 2 ay ərzində satılır. Bundan sonra müştərinin ödədiyi məbləğ tam olaraq geri qaytarılır.
20 İLLİK İPOTEKA
Xəzər Məmmədov bildirdi ki, “Melissa Park”da mənzillər 20 illik ipoteka ilə satılır:
“Bizim çox sərfəli satış şərtlərimiz var. Biz 20 il müddətinə, illik faiz dərəcəsi 10%, effektiv faiz dərəcəsi isə 5,5% olan ipoteka kreditini təklif edirik.
Hətta ilkin ödəniş etmədən mənzil almaq da mümkündür. Bundan başqa, müştərilərimizə digər tikinti şirkətlərində olmayan bir imkanı da veririk. Belə ki, bəzən insanlar mənzili alır və sonra müştəridə yaranan maddi çətinliklər üzündən ipoteka kreditini qaytarmaq istəyir. Biz həmin şəxsin ödədiyi pulu tamamilə qaytarıb, mənzili geri təhvil alırıq”.
İŞIQ, SU, QAZ TƏCHİZATI HƏLL EDİLİB
Şirkətin baş mühəndisi Mübariz Musayev bildirdi ki, “Melissa Park” yaşayış kompleksi Bakının ekoloji cəhətdən ən təmiz rayonlarından biri olan Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində, “20 Yanvar” metro stansiyası yaxınlığında inşa edilir. Kompleksin şəhərə 3 istiqamətdən çıxışı mövcuddur:
“Melissa Park” yaşayış kompleksinin tikintisi müasir tələblərə cavab verən tikinti texnikası və avadanlıqları ilə təmin olunub. Layihədə nəzərdə tutulan betonun vaxtında tikinti sahəsinə çatdırılması və keyfiyyətinə nəzarət edilməsi üçün kompleksin ərazisində gücü 50 kubsaat olan beton qovşağı quraşdırılıb.
Yükdaşıyan elementlərin tikintisi zamanı istifadə edilən armatur və betondan sınaq üçün nümunələr götürülərək laboratoriyalara göndərilir. Kompleksdə tikilən binaların fasadı yüksək keyfiyyətli ekoloji cəhətdən təmiz, yüngül çəkiyə malik, yanmaya davamlı daş yundan istifadə edilməklə üzlənir. Binaların daş yunla üzlənməsilə mənzillərdə istiliyin uzun müddət saxlanılmasına nail olunur.
Pəncərələr Türkiyədə istehsal olunan yüksəkkeyfiyyətli PVC profillərindən hazırlanaraq yerində quraşdırılır. İstilik sistemi və su təchizatı mərkəzi xəttə qoşulur. Mövsümü vaxtlarda mənzillərin isti su ilə təmin edilməsi üçün qazanxana sistemi quraşdırılıb.
Kompleksin elektrik enerjisi və qaz təchizatı başa çatdırılıb. Soyuq su təchizatı nasosxana sistemi ilə ərazidəki su anbarlarından götürülməklə yerinə yetirilir. Kompleksdə avtomobillərin saxlanılması üçün zirzəmidə parkinq mövcuddur”.
HƏR CİBƏ UYĞUN MƏNZİLLƏR
Şirkətin tikinti departamentinin direktoru Arzuman Murtuzayev bildirdi ki, “Melissa Park” yaşayış kompleksinin layihəsi hazırlanan zaman insanların aldıqları mənzillərin kvadratlarından maksimum istifadəsi məsələsi qarşıya məqsəd qoyulmuşdu:
“Kompleksimizdə mənzillər insanların cibinə uyğun olaraq layihələndirilib. Bir otaqlı mənzillər 25,8m2, 26,8m2, 27,1m2, 41,6m2, 43,4m2, 51,5 m2 və 54m2, iki otaqlı mənzillər 68,2m2, 70,7m2 və üç otaqlı mənzillər isə 92,9 m2 layihələndirilib. İki otaqlı mənzillərdə qonaq otağı 27 kvadratmetrə, mətbəxt isə 14 kavadratmetrə qədərdir.
Eyvan və dəhlizdən də səmərəli istifadə olunub. İnsanlar istəklərinə uyğun olaraq qonaq otağını və mətbəxti birləşdirib mənzili bir otaqlıdan iki otaqlıya, iki otaqlıdan üç otaqlıya, üç otaqlıdan isə dörd otaqlıya çevirə bilərlər”.
Arzuman Murtuzayev əlavə etdi ki, alıcılara 3 formada - ənənəvi, modern və klassik üslubda təmir təklif olunur.