Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün pensiyaların, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi başa çatdırılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
