Azərbaycanın Özbəkistanla ticarət, investisiya, sənaye, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığının möhkəmləndirilməsi üçün geniş imkanlar var.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə bildirilib.
Görüşdə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və tədbirlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.
Laziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığı daha da gücləndirəcəyini bildirib, iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair yol xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahələrində tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.
16:27
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.
Bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib.
“Laziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan, ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, Özbəkistanla ticari-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair yol xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahəsində tərəfdaşlığın təşviqi məsələlərini nəzərdən keçirdik”, - deyə Mikayıl Cabbarov qeyd edib.
🇦🇿🇺🇿 Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə ölkələrimizin #iqtisadi əməkdaşlığının gündəliyində olan məsələləri nəzərdən keçirdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2023
– #Ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi;
– #Özbəkistan-la #ticarət-iqtisadi və #investisiya üzrə… pic.twitter.com/tA6UFbYDhw