2016-ci ilin II rübündə Azərbaycanda neft hasilatının həcmi sutkada 0,85 milyon barel təşkil edəcək ki, bu da cari ilin I rübü ilə müqayisədə 20 min barel azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) yeni məruzəsində qeyd edilib.
Təşkilatın proqnozlarına görə, apreldə neft hasilatının həcmi sutkada 20 min barel azalaraq, 0,87 milyon barel təşkil edib.
Eyni zamanda OPEK 2016-cı il üzrə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını artırıb.
Yeni proqnozlara əsasən, bu il Azərbaycanda neft hasilatının həcmi sutkada 20 min barel azalaraq, 0,84 milyon barel təşkil edəcək (əvvəlki proqnozlarda isə bu rəqəm sutkada 0,82 milyon barel göstərilmişdi).
Ülviyyə R. Əli
www.oxu.az