OPEK 2016-cı ildə neftə olan tələbatı gündəlik 50 min barel azaldaraq 1,25 milyondan 1,20 milyona qədər endirib.
Oxu.Az xəbər verir ki, bu barədə neft bazarı üzrə təşkilatın aprel hesabatında bildirilib.
Beləliklə də bu il OPEK-in yeni proqnozuna görə, dünya tələbatı günə 94,18 milyon bareldən ibarət olacaq.
“Proqnozun endirilməsinə səbəb kimi, əsasən Latın Amerikası ölkələrinin iqtisadi inkişaf tempinin azalması göstərilir”, - OPEK-in hesabatında deyilir.
OPEK analitiklərinin məlumatına görə, 2015-ci ildə təşkilata daxil olmayan ölkələrdən neft tədarükü gündəlik 1,46 milyon barel artaraq 57,13 milyon barel olub. Qiymətləndirmə mart dəyərləndirməsi ilə müqayisədə gündə 40 milyon barelə qədər artıb.
2016-cı ildə ekspertlərin gözləntilərinə görə, OPEK-ə daxil olmayan ölkələrdə hasilat günə 0,73 milyon barel azalaraq 56,39 milyon barel olacaq. Proqnoza bir çox amillərin təsiri altında yenidən baxıla biləcəyi barədə təşkilat xəbərdarlıq edib.