Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) martın əvvəlində fövqəladə iclas keçirəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Agence France-Presse-ə OPEK-in sədri, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikva bildirib.
Sədrin sözlərinə görə, iclasın keçirilməsində əsas məqsəd qiymət siyasətini yenidən gözdən keçirtmək və ehtiyac olduğu halda kartel strategiyasında dəyişiklik etmək olacaq.
“Neftin hazırki qiymətləri fövqəladə iclas keçirilməsini diqtə edir. Görüş OPEK-ə üzv olan bir neçə dövlətin müraciəti əsasında keçiriləcək”, - deyə Nigeriyanın neft naziri əlavə edib.
Qeyd edək ki, hazırda neftin qiymətlərində kəskin ucuzlaşma müşahidə edilir.
Ülviyyə R. Əli
www.oxu.az